Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Modern.az xəbər verir ki, görüş Parisdə baş tutub.
Paşinyan Makronla Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə edib.
Görüşdə, həmçinin sərhədin delimitasiyası və başqa regional məsələlərə toxunulub.