1-ci Şahsevən kəndinin ərazisi olan və Daşburun kruqunda yerləşən Davud marketin ərazisinin qanunsuz artırıldığı iddia edilir
Horadis-Hacıqabul yolunun üstündə, Beyləqan rayon 1-ci Şahsevən kənd ərazi olan Daşburun kruqunda yerləşən marketin ərazisi qanunsuz olaraq artırılıb. Patriot.az-ın əldə etdiyi məlumata görə Market arxa hissədə yerləşən kafenin ərazinə artırılıb. Marketi sahibkar Kərimov Elmir Oktay oğlu 150 min manata alıb.
Bildirilir ki, Marketin artırılması üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarından icazə alınmayıb. Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq sahibkar Kərimov Elmir tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsini heç sayaraq, aidiyayyatı qurumlardan icazə almayaraq, gizli şəkildə qanunsuz olaraq aldığı marketin ərazisini artırıb.
İnanırıq ki, aidiyyatı qurumlar sahikar Elmir Kərimovun qanunsuz əməli barədə tədbir görəcək.
Mövzuya qayıdacağıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta