AZ

Paşinyan və Makron rəsmi Bakı ilə danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən görüşdə Ermənistan-Azərbaycan danışıqlar prosesini və ikitərəfli münasibətləri müzakirə ediblər.

hakimiyyet.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Ermənistan baş naziri bildirib ki, İrəvan hələ də "sülh gündəminə" və Ermənistan hökuməti tərəfindən təqdim olunan "Sülh kəsişməsi" çərçivəsində regionda kommunikasiyaların blokadasının aradan qaldırılmasına sadiqdir.

İkitərəfli münasibətlər kontekstində enerji, yol tikintisi, təhsil, turizm və infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq müzakirə edilib.

Qeyd edək ki, Paşinyan Fransada işgüzar səfərdədir və burada Süni İntellekt Zirvəsində (Sommet pour l'action sur l'Intelligence Artificielle) iştirak etmək niyyətindədir.

Seçilən
8
1
hakimiyyet.az

2Mənbələr