AZ

Millimiz BƏƏ ilə qollu bərabərə qaldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə yekunlaşıb. Millimizin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.

Qeyd edək ki, komandalar arasında fevralın 7-də keçirilən ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanıb.

Seçilən
36
msport.az

1Mənbələr