AZ

İran prezidenti: "ABŞ danışıqlar aparmaq istəyirsə, niyə səhvə yol verir?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin ildönümü mərasimində çıxış edib.
"Azad İran" "Telegram" kanalı İran KİV-nə istinadən xəbər verir ki, M.Pezeşkian çıxışında Vaşinqtonla Tehran arasındakı münasibətlərə toxunub.
"Biz birlikdə olsaq, millətin köməyi və dəstəyi ilə ölkənin bütün problemlərini həll edəcəyik və ABŞ İranı diz çökdürmək arzusunda olmayacaq".
M.Pezeşkian çıxışında bildirib ki, ABŞ danışıqlar aparmaq istəyir, ancaq niyə səhvlərə yol verdiyi aydın deyil. 
İran prezidenti qeyd edib ki, "ölkədə problem varsa, həll edən tərəf də hökumət olmalıdır".  
Seçilən
9
1
oxu.az

2Mənbələr