AZ

Kanada Amerikasız yaşaya bilməz- ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, Kanada Amerikanın köməyinə arxalandığı üçün öz müdafiəsinə kifayət qədər vəsait xərcləmir.

O, ABŞ-ın dəstəyi olmadan Kanadanın “yararsız bir ölkəyə” çevriləcəyini söyləyib. “Onlar müdafiəyə çox az pul xərcləyirlər. Onlar tamamilə müdafiəsizdirlər, çünki bizim onları qoruyacağımızı güman edirlər. Amma fakt budur ki, biz onlara ildə təxminən 200 milyard dollar subsidiya veririk. Əgər biz bunu dayandırsaq, rüsumlar tətbiq etməklə onların avtomobil istehsal etməsinə mane olsaq, onlar qeyri-mümkün ölkə olacaqlar”, – deyə Donald Tramp Luiziana ştatına səfəri zamanı təyyarəsində jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın “əla münasibətləri” olan Kanada xalqını sevir. O, Kanada üçün ən yaxşı addımın ABŞ-ın 51-ci ştatı olması fikrini ifadə edib. “Təsəvvür edin ki, bu ölkə illər əvvəl kiminsə çəkdiyi süni xətt (sərhəd) olmadan necə gözəl ola bilərdi”, – Tramp əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
1
editor.az

10Mənbələr