AZ

Gəncədə dayı bacısı oğlunu bıçaqladı

Gəncədə qohumlar arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki Kəlbəcər rayon sakini, 1988-ci il təvəllüdlü R.Novruzlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 37 yaşlı kişi əməliyyat edilib. Məlumata görə, R.Novruzlu dayısı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
23
unikal.az

10Mənbələr