AZ

"Feyenoord" baş məşqçisi ilə yollarını ayırdı

Niderlandın \"Feyenoord\" klubu baş məşqçi Brian Priske ilə yollarını ayırdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, klub rəhbərliyi danimarkalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Məşqçinin ayrılma səbəbi barədə rəsmi açıqlama verilməsə də, komandanın son nəticələrinin rəhbərliyi qane etmədiyi bildirilir.

Qeyd edək ki, Rotterdam təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində \"Milan\" ilə qarşılaşacaq.
 
Zəfər Hacılı
Seçilən
24
azxeber.com

1Mənbələr