AZ

Rəcəbov Məmmədovla xalları yarıya böldü

  Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Referans.az xəbər verir ki, Azərbaycanın ən reytinqli qrossmeysteri Şəhriyar Məmmədyarov qara fiqurlarla Misrətdin İskəndərovu məğlub edib. Ağ fiqurlarla mübarizə aparan Teymur Rəcəbov isə Rauf Məmmədovla xalları yarıya bölüb.

Qadınlar arasında Gülnar Məmmədova günün yeganə qalibi olub.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər

Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0

Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5

Qadınlar

Gülnar Məmmədova – Günay Məmmədzadə 1:0

Gövhər Beydullayeva – Ülviyyə Fətəliyeva 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.  

Seçilən
30
2
referans.az

4Mənbələr