Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşdüm. Söhbət Ukrayna üçün ayrılan daha 2 milyard dollardan gedir. Bu, enerji sektoru, mənzil proqramı, infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Mən yardıma görə minnətdaram", - Zelenski bildirib.