Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
Axar.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Ləman İnqilab qızı Məmmədova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.