AZ

İsrailli sabiq nazir: "Bütün yardım paketləri bombalanmalı, savaşa geri dönməliyik"

"İsrail ordusu Qəzzadakı hər şeyi, o cümlədən humanitar yardımları bombalamalıdır".

Mia.az
xarici mətbuata istinada xəbər verir ki, bu sözləri İsraildə ifrat sağçı Yəhudi Güc Partiyasının lideri İtamar Ben-Qvir bəyan edib.

O, Netanyahuya çağırış edərək, savaşa başlamağınn əsl vaxtı olduğunu deyib: "HƏMAS-ın 15 fevralda baş tutması gözlənilən məhbus mübadiləsinin altıncı raundunu növbəti xəbərdarlığa qədər dayandırdığını bildirməsi bizə belə hücuma fürsət yaradıb. İsrail ordusu Qəzzaya yenidən şiddətli hava və quru hücumlarına başlamalıdır. Elektrik, yanacaq və su daxil olmaqla, bütün humanitar yardımlar tamamilə dayandırılmalı, hətta daha əvvəl Qəzzaya göndərilən bütün yardım paketləri bombalanmalıdır. Biz müharibəyə geri dönməliyik".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
16
1
mia.az

2Mənbələr