Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1988-ci il təvəllüdlü R.Novruzlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 37 yaşlı kişi əməliyyat edilib. Məlumata görə, R.Novruzlu dayısı tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. /APA
Milli.Az