RU

Gəncədə qohumlar arasında bıçaqlanma

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1988-ci il təvəllüdlü R.Novruzlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 37 yaşlı kişi əməliyyat edilib. Məlumata görə, R.Novruzlu dayısı tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. /APA
 
Milli.Az

Избранный
14
2
milli.az

3Источники