AZ

“Neftçi”nin növbəti transferi - Aleks Fernandes

style='margin-bottom:10px;'>

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

QOL.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, braziliyalı sağ vinger Aleks Fernandes heyətə cəlb olunub. 

11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Seçilən
13
19
teleqraf.com

10Mənbələr