AZ

Fırıldaqçılar özlərini İtaliyanın müdafiə naziri kimi təqdim edib, pul yığıblar

Dələduzlar İtaliyanın müdafiə naziri Quydo Krozettonun səsini təqlid etmək üçün süni intellekt texnologiyalarından istifadə ediblər. 

Ölkə.az Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" və "Corriere della Sera" kimi İtaliya mətbuatı yazıb. 

Cinayətkarlar Krozetto və müdafiə nazirliyinin digər əməkdaşları adından İtaliya biznesmenlərinə zəng edərək onları xarici banklardakı hesablara pul köçürməyə inandırıblar. Onlar iddia ediblər ki, bu pul Suriya və İranda həbsxanalarda və ya girov kimi saxlanılan İtaliya vətəndaşlarının azad edilməsi üçün lazımdır.

Dələduzlar təkcə dərin saxtakarlıq (deepfake) texnologiyasından istifadə etməklə kifayətlənməyib, həm də Müdafiə Nazirliyinin nömrələrinə bənzəyən telefon nömrələrindən zəng ediblər. İtaliya mətbuatının məlumatına görə, xüsusilə də bu cür zənglər modelyer Corco Armaniyə, "Prada" moda evinin direktoru Patrisio Bertelliyə, "Pirelli" şin istehsalçısının yüksək vəzifəli meneceri Marko Tronketti Proverə və həmçinin Milanın "İnter" futbol klubunun keçmiş sahibi milyarder Massimo Morattiyə edilib.

"Financial Times"ın məlumatına görə, ən azı bir qurban dələduzlara 1 milyon avro köçürüb. İtaliya mətbuatı qeyd edir ki, bu halda cinayətkarların iddialarına daha çox inam yaranıb, çünki yanvar ayında İranda həbsdə olan jurnalist Çeçiliya Salanın azad edilməsi uğurla nəticələnib və bu hadisə hamının diqqət mərkəzində olub.

Dələduzlar getdikcə daha çox insanların səs və ya şəkillərini təqlid edən dərin saxtakarlıq (deepfake) texnologiyalarından istifadə edirlər. "Sumsub" şirkətinin hesablamalarına görə, 2023-cü ildə bu texnologiyalardan istifadə edilən dolandırıcılıq hallarının sayı 700% artıb.

Seçilən
21
olke.az

1Mənbələr