Kanada ABŞ-nin polad və alüminiumuna tətbiq etdiyi 25 %-lik rüsumlara cavab verəcək.
"Report" xəbər verir ki, bu barədə innovasiya, elm və sənaye naziri Fransua-Filip Şampan "X" sosial şəbəkəsində bildirib.
"ABŞ-nin ən yaxın müttəfiqi olan Kanadadan gələn polad və alüminuma tətbiq edilən tariflər tamamilə əsassızdır", - paylaşımda qeyd edilib.
Şampan əlavə edib ki, Ottava bu məsələ ətrafında beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.