AZ

ABŞ-də təyyarələr toqquşub, ölən var

ABŞ-nin Skottsdeyl hava limanında iki biznes təyyarəsinin toqquşması nəticəsində ən azı bir nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "ABC" televiziya şirkətinin yerli bölməsi xəbər verib.

Məlumata əsasən, şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq park edilmiş eyni sinifdən olan təyyarəyə çırpılıb.

Ölən şəxs təyyarələrdən birində dörd nəfərlə birlikdə olub. Onlar xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Seçilən
10
1
ikisahil.az

2Mənbələr