AZ

Hava limanında 2 təyyarə toqquşdu - ÖLƏN VAR

ABŞ-ın Arizona ştatının Marisopa vilayətində “Bombardier Learjet” təyyarəsi Skottsdeyl hava limanına endikdən sonra enmə zolağından çıxaraq şəxsi ərazidə park edilmiş “Gulfstream 2100” biznes təyyarəsinə çırpılıb.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, hadisə yerli vaxtla günorta saatlarında baş verib. Bir nəfərin sıxılmış təyyarədə köməksiz vəziyyətdə qaldığı deyilir. Yerli yanğınsöndürmə idarəsi, polis və təcili yardım heyəti hadisə yerindədir və xilasetmə işləri aparılır.

FAA hadisənin başvermə səbəblərini araşdıracağını bildirib.


Bizim.Media

Seçilən
14
50
bizim.media

10Mənbələr