AZ

USAID yoxlamaları dayandırmaq üçün neçə milyon dollar ayırıb?

USAID

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldova Respublikasında araşdırmaların qarşısını almaq üçün 4 milyon dollar, Yoxlama Komissiyasının Katibliyinə isə 2,3 milyon dollardan artıq vəsait ayırıb.

Reyting.az
bildirir ki, bu barədə məlumatı "SPPOT Telegram" kanalı yayıb.

Məlumata görə, yoxlamanın qarşısını almaq üçün 7 sentyabr 2023-cü ildə 3,775,470 ABŞ dolları məbləğində qrant verilib.

Bundan əlavə maliyyələşdirməni "Dexis Interactive" MMC tərəfindən idarə olunan Yoxlama Komissiyası Katibliyinin yaradılması və fəaliyyəti üçün təkrar 2,3 milyon dollar (yəni 43 milyon leydən çox) ayrılıb. Belə bir böyük maliyyələşdirmə layihəsi 24 fevral 2022-ci ildən başlayıb və 2023-cü ilin 8 sentyabr tarixinə qədər olan dövrü əhatə edib. Lakin məlumatlara görə, bundan öncə reallaşmış layihələr və maliyyələşmələr barədə hələ ki, konkret bir sənəd yoxdur. Ancaq əvvəldən təsdiq edilmiş sənədlərə əsasən, 2022-2023 illər layihəsi artıq başa çatıb.

USAID tərəfindən bir çox ölkələrdə reallaşdırılan layihələr üzərində həyata keçirilmiş bəzi maliyyələşmə prosesləri haqqında bir çox qaranlıq məqamların olduğu deyilir.

Oqtay QORÇU
Seçilən
11
reyting.az

1Mənbələr