![İsrail](/uploads/posts/2025-02/iss.jpg)
HƏMAS və Tel-Əviv arasında atəşkəs razılaşması tamamilə pozula bilər.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri İsrael Kats danışıb.
Nazir orduya Qəzza razılaşmasının şərtlərini HƏMAS-ın pozmasından sonra istənilən ssenariyə hazır olmağı əmr edib.
Hazırda köçkünlərin Qəzza zolağının şimal hissəsinə qayıtması, onlara atəş açılması və Təl-Əvivin anklava humanitar yardımın çatdırılmasında yaşadığı problemlər gündəmdədir.
HƏMAS-ın əsir götürdüyü israillilərin azad edilməsini dayandırmaq barədə açıqlaması atəşkəs razılaşmasının tamamilə pozulması deməkdir.
E. KAMAL