AZ

İsrail Ordusu döyüş hazırlığı səviyyəsini artırıb

İsrail Ordusu HƏMAS-ın girovların azad edilməsini dayandırmaq niyyəti barədə bəyanatından sonra Cənub Komandanlığının məsuliyyət zonasında döyüş hazırlığı səviyyəsini artırıb.

"Far.Az" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Bəyanatda qeyd olunur ki, vəziyyətin qiymətləndirilməsindən sonra hazırlıq səviyyəsinin artırılması, Cənub Komandanlığının əməliyyat bölmələrinin əsgərlərinin məzuniyyətlərinin təxirə salınması, ərazinin əlavə bölmələrlə gücləndirilməsi barədə qərar qəbul edilib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

Seçilən
11
3
far.az

4Mənbələr