Bakı. Trend:
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi iləbirləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti vəSamur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisihaqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğunolaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindəntikinti işləri sürətlə davam etdirilir.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.
Bildirilib ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və solhissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdətutulub.
Aparılan işlər çərçivəsində Saray qəsəbəsi tərəfdən kənar (A1)və iki orta dayaqların (P1,P2) tikintisi üzrə işlər tam olaraqyekunlaşıb (svaylar, təməllər, sütunlar, sütunlar üzərindəriqellər). Həmçinin körpünün birinci aşırım hissəsinin tirləri tamşəkildə quraşdırılıb (16 ədəd, uzunluq 33 metrə hər biri), üzərindəarmatur karkası toxunaraq betonlanıb. Hal-hazırda körpünün ortaaşırımı üzrə tirlərin quraşdırılması prosesi gedir (16 ədəd,uzunluq 28 metrə hər biri) və paralel olaraq Sumqayıt şəhəritərəfdə kənar dayağın (P2) armaturlanması və betonlanma işləriaparılır.
4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarınınsayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametriisə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə80 ədəd təşkil edir.
Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yolüzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikintiişlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentliktərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlbedilib.
Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirənvə 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyətiqurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib vəməsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.
Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən,konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurlarınmövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkaredilib.
Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri vəmüzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi vəyerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.