AZ

Bakıda İranın milli bayramı

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan ölkəsinin inqilabdan ötən 46 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar qazanıldığını vurğulayıb.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı, bir çox istiqamətlərdə - iqtisadiyyat, nəqliyyat, ticarət, investisiya, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.

XQ

Seçilən
18
10
xalqqazeti.az

10Mənbələr