AZ

İrandan gətirilən kartof istehlaka yararsız olduğundan məhv edilib

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 min 400 kiloqram ərzaqlıq kartof məhsulu partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən “Kartof gövdə nematode” müəyyən olunub.

Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

Seçilən
6
4
azertag.az

1Mənbələr