AZ

İmişlidə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

İmişli, 11 fevral, Aydın Yavərzadə, AZƏRTAC

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 7 ov tüfəngi təhvil götürülüb.

Seçilən
1
24
azertag.az

10Mənbələr