AZ

"Araz-Naxçıvan" 100-ə çatdı

Misli Premyer Liqasının XXII turu “Araz-Naxçıvan” üçün əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. 

“Kəpəz”lə ev matçına təsadüf edən yubiley qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.

“Araz-Naxçıvan” bu 100 görüşdə 32 qələbə qazanıb, 22 heç-heçə edib və 46 dəfə uduzub. “Liv Bona Dea Arena”dakı matç həm də 50-ci ev oyunu olub. Bu qarşılaşmalarda 20 qələbə, 14 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, Naxçıvan klubu ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”a qarşı səfərdə (0:1), ilk ev matçını bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.

Seçilən
1
9
fanat.az

10Mənbələr