AZ

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

Bakı. Trend:

İlk iş yerlərində gənclərimiz bir çox vaxtlarda minimuməməkhaqqı və ya digər aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcburolurlar. Amma əsas məsələ, əlbəttə ki, onların təcrübə və səriştətoplamasıdır.

Trend xəbər verir ki, bunu bugün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini AnarKərimov bu gün Bakıda keçirilən İnsan İnkişafı Forumunda deyib.

O bildirib ki, hazırda Azərbaycan cəmiyyətinin təqribən 22%-igənclərdən ibarətdir:

"Bu, təxminən 2,3 milyon nəfər deməkdir. Onlardan işçi qüvvəsinitəqribən 1,3 milyon nəfər təşkil edir. Ötən il ərzində peşəhazırlığı istiqaməti üzrə təqribən 6 minə yaxın gəncimiz müxtəlifpeşə kurslarına cəlb edilmişdir.

Eyni zamanda ötən il əmək yarmarkalarının sayı 150-yə çatmışdır.Peşə yönümlü xidmətlər təqribən 200 mini keçmişdir. Özünəməşgulluqproqramından təqribən 2500 gəncimiz faydalanmışdır.

Bu ilin yanvar-fevral aylarından əməkhaqları ilə bağlı daislahatlar baş vermiş və minimum əməkhaqqı artırılmışdır. Buözlüyündə təqribən 700 min nəfər vətəndaşımıza təsir etmişdir".

"Biz əgər gənclərdən danışırıqsa, əlbəttə ki, onların əməkbazarına uyğunlaşması vacibdir. İlk iş yerlərində onlar bir çoxvaxtlarda minimum əməkhaqqı və ya digər aşağı həcmli əməkhaqqı iləçalışmağa mecbur olurlar. Amma əsas məsələ əlbəttə ki, onlarıntəcrübə və səriştə toplamasıdır", - nazir müavini qeyd edib.

Məqalədə:
Seçilən
1
1
az.trend.az

2Mənbələr