AZ

ABŞ-nin bəzi ştatlarından Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

Bakı. Trend:

ABŞ-nin bəzi ştatlarından Azərbaycana quşçuluq məhsullarınınidxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Trendxəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya,Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogenquş qripi xəstəliyi qeydə alınıb.

"Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdənqorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla,xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədəyerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalınaÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğunolaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub", -məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
32
30
az.trend.az

10Mənbələr