AZ

Qeyri neft mallarının ixracı 10 faiz artıb - Ən çox bu məhsullar satılıb

2025-ci ilin yanvarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon dollara çatıb. 

 

Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, ixrac olunan məhsullar arasında ən çox artım qara metallar və ondan hazırlanan məmulatlar, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları, alkoqollu və alkoqolsuz içkilər, üzvi kimyəvi birləşmələrdə qeydə alınıb.

 

Artım qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% olub.

 

Qeyri neft-qaz mallarının ixracında böyük payı olan yeyinti məhsullarının satışında da artım baş verib. Yeyinti məhsullarının satışı 19,7% artaraq 84,2 milyon dollara bərabər olub.

 

Yeyinti məhsullarının çox hissəsini aqrar məhsullar təşkil edib. Aqrar məhsulların satışı 10,4% artaraq 64,8 milyon dollara, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon dollar təşkil edib.

 

Vasif

Seçilən
37
7
sfera.az

10Mənbələr