AZ

Azərbaycan hərbçiləri Qarsda keçirilmiş "Qış təlimi-2025"də uğurla iştirak edib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təlimdən qayıdanların təntənəli qarşılanma mərasimində ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Seçilən
0
46
herbiand.az

10Mənbələr