AZ

Şabran məktəbində direktorlarla valideynlər arasında QALMAQAL

Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə valideynlərlə direktor arasında qalmaqal yaşanıb.

Modern.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Məlumata görə, valideynlər məktəbin bağlanacağını və buna görə məktəb rəhbərliyinə narazılıqlarını bildiriblər.

Məsələ ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "unikal.az"a bildirilib ki, məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir.

"Təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinifə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar", - qurumdan verilən məlumatda deyilir.

 

Seçilən
12
3
modern.az

8Mənbələr