Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı. "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.