AZ

İnternetdə və mediada böhtan və təhqirlərə görə cərimə TƏTBİQ EDİLDİ

Qırğızıstan internetdə və mediada böhtan və təhqirlərə görə cərimələr tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, 2025-ci il fevralın 10-dan Qırğızıstan rəsmi olaraq internetdə və mediada böhtan və təhqirlərə görə cərimələr tətbiq edib.

Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bu cür hərəkətlərə görə fiziki şəxslər üçün 20 min som (~225 ABŞ dolları), hüquqi şəxslər üçün 65 min som (~730 ABŞ dolları) məbləğində cərimələr müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr