AZ

“Qobu” ES-də 6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Bakı, 11 fevral, AZƏRTAC

“Qobu” modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 6,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, stansiyanın 2022-ci il fevralın 11-də Abşeron rayonu Qobu qəsəbəsində açılışı olub.

Stansiya ümumi gücü 385 meqavat olmaqla, hər biri 18,32 meqavat gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.

Seçilən
35
11
azertag.az

10Mənbələr