AZ

Ərdoğan yeni hədəfini açıqladı – 10 milyard dollar

Türkiyə Prezidenti Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahim ilə birgə mətbuat konfransı keçirib. 

News24.az xəbər verir ki, Ərdoğan Türkiyə ilə Malayziya arasında ticarət hədəfinin 10 milyard dollar olduğunu açıqlayıb. Malayziyanın baş naziri “Ərdoğan müsəlman dünyasının lideridir” deyib.

Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahim rəsmi mərasimlə qarşılanıb. İkitərəfli və nümayəndə heyətləri arasında görüşlərdən sonra iki ölkə arasında müqavilələr imzalanıb. Proqramdan sonra iki lider mətbuat konfransı keçirib.

“Malayziya ilə 11 müqavilə imzalamışıq. Ticarət hədəfimizi 10 milyard dollara çatdırmaq qərarına gəldik. Malayziya Asean regionunda bizim ən böyük ticarət tərəfdaşımızdır. Sənayedən tutmuş turizmə qədər müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirəcəyik. Konkret əməkdaşlığımız daha da artacaq”, - deyə Ərdoğan bildirib.

Aynurə



Seçilən
12
news24.az

1Mənbələr