AZ

Qəbələdə FACİƏ – Meyiti tapılan 65 yaşlı qadın çaya YIXILIB? – ÖZƏL

Qəbələdə çaydan meyit tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələnin Savalan kənd sakini 65 yaşlı Maral Abdurəhmanovanın meyiti Türyançaydan tapılıb.

İlkin ehtimal kimi yaşlı qadının ehtiyatsızlıqdan çaya yıxıldığı bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal- Qərb bürosu

Seçilən
2
2
bizim.media

4Mənbələr