AZ

Azərbaycanda ipoteka sistemində PROBLEMLƏR - Vətəndaşlar bu çətinliklərlə üzləşir...

Bir çox insanın problem yaşadığını bildirdiyi ipotekaya müraciət rəqəmləri açıqlanıb.


Adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.


Ölkədə, demək olar ki, ev almaq istəyən hər kəsin üz tutduğu ipoteka sistemində hansı çatışmazlıqlar var? Nəyə görə vətəndaşlar narazıdırlar?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Referans”-a açıqlamasında bu haqda danışıb.




“Əslində, ipoteka proqramının özündə hər hansısa qeydiyyatla və ya ipoteka prosesinin alınması ilə bağlı problem yoxdur. Hətta bizim müvəkkil təşkilatımız var və həmin təşkilat bu prosesdə iştirak edir. Buna əsasən deyə bilirik ki, bu proses olduqca şəffaf bir prosesdir. Vətəndaş asan imzadan istifadə etməklə özü üçün şəxsi kabinet açır və almaq istədiyi mənzilin qiymətləndirilməsi ilə bağlı müvəkkil təşkilatlara müraciət edir. Qiymətləndirmə rəyini aldıqdan sonra sistemə yükləyir, tələb olunan sənədləri də onunla bərabər sistemə əlavə edir. Bu, olduqca sadə bir prosesdir”.


Ekspert bildirib ki, imtiyazlı təbəqə üçün təklif olunan 4 faizli ipotekaya düşmək isə olduqca çətin məsələdir.


“İmtiyazlı təbəqə üçün nəzərdə tutulan mənzillərin kvotası Mərkəzi Bank tərəfindən az sayıda ayrılır amma burada müraciət həddindən artıq çox olur. Lakin bu mənzillər MİDA yaşayış kompleklərindən təklif olunan “sosial evlər” kimi yalnız bir neçə saniyə müddətdə alınıb bitmir. Kimin interneti zəifdirsə və ya özü biraz gecikirsə, artıq fürsəti əlindən qaçırmış olur. Bu baxımdan adətən ipotekanın bu növündən şikayətlər daha çoxdur”.

 

Fidan Vəlisoy 

Seçilən
38
46
referans.az

10Mənbələr