AZ

“Məktəblərdə dini biliklərin tədris olunmasına ehtiyac var” - Millət vəkili

Yazını böyüt
Yazını kiçilt

“Bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Hesab edirəm ki, burada iki anlayış bir-biri ilə qarışdırılmamalıdır. Bəzən orta məktəblərdə dinlə bağlı tədris deyəndə yalnış anlaşılır və elə başa düşülür ki, orta məktəblərdə sırf din tədris olunacaq. Burada söhbət dinin tədrisindən yox, orta məktəblərdə din haqqında məlumatların və biliklərin verilməsindən gedir”.

Bu fikirləri Hafta.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, məktəblərdə dini biliklərin tədris olunmasına ehtiyac var və bu şagirdlərdə din haqqında doğru təsəvvürün formalaşmasına töhfə verə bilər: “Bu biliklər ona görə verilməlidir ki, biz gəncləri zərərli təsirlərdən, zərərli cərəyanlardan, dini təlimlərdən qoruyaq. Əgər biz bunu etməsək, bunun çox ciddi fəsadları və nəticələri olacaq. Ona görə də birinci növbədə din, təriqətlər, məshəblər haqqında bilikləri verməliyik. Bu məlumatları verməsək artıq başqaları, başqa təriqətlər, dini cərəyanlar bu bilgiləri gənclərə verərək bir sıra hallarda onları zərərli dini qrupların davamçılarına çevirəcəklər. Gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq üçün biz bununla bağlı ciddi düşünməli və məsələyə həssas şəkildə yanaşmalıyıq”. 

Seçilən
14
hafta.az

1Mənbələr