AZ

Coşqun Diniyev Türkiyədə yeni klubu ilə müqavilə imzaladı

Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin "Çorum"a transferi rəsmiləşib.

Sportal.az xəbər verir ki, bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Coşqun Diniyev bundan əvvəl "Bandırmaspor"da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 20 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
29
1
sportal.az

2Mənbələr