Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin“Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TədbirlərPlanı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbərverir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında 2025-ciilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlıTədbirlər Planı” təsdiq edilib.
Bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuştədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti AzərbaycanRespublikası Prezidentinin Administrasiyası həyatakeçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdanirəli gələn məsələləri həll etməlidir.