Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlərkeçiriləcək.
Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “AzərbaycanRespublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elanedilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Hərbi təlimləri il ərzində Müdafiə Nazirliyi keçirəcək.