AZ

“Bir milyon borcum var idi, banklar səhər saat 7-dən axşama kimi zəng vururdular”

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov “Saturn”da oynayarkən banklara böyük məbləğdə borclarının olduğunu deyib.

Msport.az xəbər verir ki, rusiyalı qolkiper həmin vaxtı belə xatırlayır: “Orada maaş vermirdilər, ona görə də kredit götürməli olduq. Ümumilikdə, bir milyon rubl borcum var idi. Banklar əvvəlcə SMS göndərirdilər, sonra robot zəng edirdi – səhər 7-dən axşama qədər. Bir müddətdən sonra real işçilər zəng vurmağa başladılar ki, ödənişin vaxtı keçib, nə vaxt ödəyəcəksiniz. Dedim ki, bilmirəm, verilməyən maaşı gözləyirəm”.

Qeyd edək ki, Lunyov ötən mövsüm “Qarabağ”da çıxış edib.

Seçilən
16
msport.az

1Mənbələr