AZ

"Qarabağ" Almeyda ilə yollarını ayırdı - RƏSMİ

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə əməkdaşlığa son qoyub.

Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin müqabiləsinə qarşılıq əsasında xitam verilib.

2012-2018, 2019 və 2021-2025-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Seçilən
14
49
fanat.az

10Mənbələr