Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
Sözügedən saziş 21 dekabr 2024-cü ildə iki ölkənin nəqliyyat idarələrinin rəhbərləri tərəfindən imzalanıb.
Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişdə məqsəd nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır.