AZ

"Belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir” - Millimizin baş məşqçisi

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev AFFA-nın saytına açıqlamasında bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o, hazırlığın fevralın 14-dək Bakıda təşkil olunacağını söyləyib: “Toplanışımız ayın 14-dən Minskdə davam edəcək. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik. Eyni zamanda İspaniyanın “Marcet” komandasından 5 futbolçu dəvət etmişik”.

İlham Yadullayev fevralın 16-dan 22-dək Belarusda təşkil olunacaq İnkişaf Kuboku turniri barədə də danışıb. Baş məşqçi B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib: “İlk görüşümüz Rusiya seçməsinə qarşı olacaq. Rəqibin oynunu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Məqsədimiz komanda şəkilində maksimum dərəcədə uğurlu çıxış etməkdir. Heyətə cəlb olunan yeni oyuçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir”.

İnkişaf Kuboku martda baş tutacaq Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. B Liqasında yer alan U-17 millimiz VI qrup çərçivəsində martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacaq. İlham Yadullayev əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini vurğulayıb: “İnkişaf Kuboku Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Martdakı rəsmi oyunlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 İnkişaf Kuboku çərçivəsində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək.

Seçilən
3
3
teleqraf.com

10Mənbələr