AZ

Kvant kompüteri bir anda dünyanın sonunu yaradıb

Kvant

Tehas Universitetinin alimləri kvant kompüterindən istifadə edərək "yalan vakuumun dağılması" adlı təhlükəli nəzəriyyəni simulyasiya ediblər. Nature Physics jurnalında dərc olunan tədqiqatda, 5,564-kubitlik sistemdən istifadə edilib.Kvant sahə nəzəriyyəsinə görə, kosmosdakı vakuum stabil olmaya bilər. Əgər Hiqqs sahəsi metastabil vəziyyətdə qalarsa, qəfil çöküş baş verə və işıq sürəti ilə genişlənən "həqiqi vakuum balonu" yaranaraq fiziki qanunları dəyişə bilər.Araşdırmada sadələşdirilmiş model vasitəsilə bu balonların yaranması müşahidə edilib ki, bu da nəzəriyyənin doğruluğunu təsdiqləyib. Alimlər bildirir ki, Hiqqs sahəsinin stabil qalması trilyon illərlə davam edəcək, lakin bu simulyasiya kosmologiya və kvant hesablamalarında yeni imkanlar açır.Mövcud texnologiya genişləndirilərsə, kosmosun sabitliyi və erkən kainatdakı faza keçidləri ilə bağlı əhəmiyyətli kəşflərə yol aça bilər.Səidə

Diqqət Çəkənlər

İİV-ə yoluxma halları arta bilər

Skripal ailəsinin taleyi necə oldu? - Açıqlama

Rəsmi Bakı Paşinyana cavab verib

Seçilən
14
ulusum.az

1Mənbələr