Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda qol vurub.
"Report" xəbər verir ki, I Liqanın XXIV turda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun vurduğu qol sayəsində hazırda davam edən oyunda hesabda 1:0 öndədirlər.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.