Misli Premyer Liqasında bu gün XXII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.
Bağlanış matçında lider "Qarabağ"la autsayder "Səbail" ilə üz-üzə gəlib. "Dənizçilər" "köhlən atlar" qarşısında 76 dəqiqə duruş gətirə biliblər. İlk qolu penaltidən buraxan Cavid Hüseynovun komandası sonluqda daha dörd dəfə meydanın mərkəzinə dəvət olunublar. "Qarabağ"ın 5 qolundan birinə "yuva"ya dönən Kadi Borges imza atıb.
Beləliklə, yaxın üç izləyicisi - "Zirə", "Araz-Naxçıvan" və "Turan Tovuz" xal itirdiyindən, Qurban Qurbanovun komandası zirvədə daha da möhkəmlənərək, xal fərqini 9-a çatdırıb.
Qeyd edək ki, tur çərçivəsində "Şamaxı" - "Sumqayıt" (1:0) və "Sabah" - "Turan Tovuz" (2:1) oyunları şənbə, "Araz-Naxçıvan" - "Kəpəz" (0:0) və "Zirə" - "Neftçi" (1:2) matçları isə bazar günü baş tutub.
Misli Premyer Liqası
XXII tur
11 fevral
"Qarabağ" – "Səbail" 5:0
Qol: Benzia, 76-pen. Lenadro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov, Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika Stadionu.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 8. Qorka Laruçça.
Baş məşqçi: Cavid Hüseynov.