AZ

Ucarda 5 hektar ərazi yandı -VİDEO

Ucar rayonu, Qəzyan kəndi yaxınlığında yanğın olub.

OXU24.COM  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

 

Seçilən
25
14
oxu24.com

10Mənbələr